Yumurta cavanlaşdırma nədir?

yumurta cavanlasdirma

Yumurta cavanlaşdırma proseduru nədir?

Yumurta cavanlaşdırma prosesi daha dərindəki keyfiyyətli yumurtaları ortaya çıxarmaq üçün icra olunur. 

Hər qadının yumurtalığının içərisində saysız-hesabsız çox miqdarda yumurta olur. 300 000 ədəd yumurta olur. Niyə bu qədər çoxdur ? Çünki keyfiyyətsiz olanlar ortadan çıxıb, keyfiyyətli olanlar qalsın deyə. Qadınlar ana olma yaşında ən keyfiyyətli yumurtalar qabağa çıxır. Və geridə qalır keyfiyyətsiz yumurtalar. 

Biz bunu çeşidli hormonlarla test edirik. 2 aylıq müddət ərzində o yüksəlməni də görmüş oluruq. Amma bu gün şansımız 16-17%-dir. Biz bu proseduru çox pasiyent üzərində aparmışıq. Sadəcə xəstəyönəlik davranmaq lazımdır. Bəzən bizə cavan xəstələr gəlir 40 yaşdan aşağı. Deyirlər ki, bu yumurta cavanlaşma bizə fayda eləmir.

Əslində hər hansı bir səbəbdən o yumurtalıq erkən yaşda fəaliyyətini dayandırıbsa, geri qaytarmaq çox daha çətin olur. Xəstələrimiz əgər 45 yaşdan yuxarıdırsa, o zaman hamilə qalmaq şansımız daha çox artır. Məsələn bir şəhər düşünün. Oranı insanlar tərk edib. Yeni insanları ora gətirmək daha rahatdı yoxsa dağılmış bir şəhəri yenidən qurmaq mı rahatdı? Yəni tərk edilmiş şəhərə biz yenidən can gətiririk, canlandırmağa çalışırıq. 

Sonra 2 ay müddətində ortaya çıxan yaxşı yumurtaları biz seçirik, o yumurtalardan embriomlar düzəltməyə çalışırıq. Sonra isə onu ananın bətninə daxil edirik. Öz yumurtası, yoldaşının sperması, və nəticədə öz uşağı olur xəstənin. Bu, ümidi tamamilə puç olmuş xəstələrdə bu prosesi yoxlamağa dəyər. Yaş olaraq nə qədər gec olur olsun uşaq dünyaya gəlir.

Yumurta cavalaşdırmanın hər hansı bir fəsadı varmı? Uşaq dünyaya gələrkən uşaqda problem yaranarmı?

Biz xəstələrə öncədən bu prosesi dərindən izah edirik. 4 il keçmiş bir proses bizə daha cəsur davranmağa imkan verir. Çünki buna oxşar, biopsiya işləmi var idi. Biopsiya zamanı da iynə ilə yumurtalığa daxil olunur biopsiyalar alınır. Problem olsaydı, onlarda da olardı. Bunun üzərinə də edilən çalışmalar var. Biz xəstələrə hər şeyi ətraflı izah edirik