Sonsuzluq nədir? Sonsuzluğun müalicəsi
Sonsuzluq nədir?
Sonsuzluq, cütlüklərin qorunmadan cinsi əlaqəyə girməsinə baxmayaraq bir il ərzində hamiləliyin baş verməməsi vəziyyətidir. Bu vəziyyət qadın və ya kişinin reproduktiv sistemlərində struktur, hormonal, funksional və ya genetik pozğunluqlar nəticəsində baş verə bilər. Sonsuzluq hallarının 60 faizi altı ay ərzində, 85 faizi isə bir il ərzində tibbi yardım olmadan hamiləlik baş verə bilsə də, bəzi cütlüklərdə bunun səbəbi tapılmaya bilər. Sonsuzluq hər iki tərəfə təsir edən ümumi sağlamlıq problemidir və yaş artdıqca bu vəziyyətin görünmə tezliyi artır. Müalicə prosesində cütlüyün hər iki tərəfi də ayrılıqda dəyərləndirilir və həyat tərzində dəyişiklik kimi faktorlar nəzərə alınaraq müalicə prosesi təyin olunur.
Qadın sonsuzluğu nədən yarana bilər?
Qadınlarda sonsuzluq müxtəlif səbəblərdən qaynaqlana bilər. Bu amilləri aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
- Yumurtalıq problemləri: Yumurtalıqların düzgün fəaliyyət göstərməməsi və yumurta istehsalında, yaxud inkişafında olan problemlər qadınlarda sonsuzluğa səbəb ola bilir.
- Uşaqlıq borularında tıxanma: Uşaqlıq borularındakı maneələr sperma və yumurtanın birləşməsinə mane olur və hamiləliyi çətinləşdirir.
- Endometrioz: Uşaqlığın selikli qişadan kənarda böyüyərsə, endometrioz uşaqlıq borularının və ya uşaqlığın funksiyalarına təsir edərək sonsuzluğa səbəb ola bilər.
- Polikistik yumurtalıq sindromu: Bu sindrom hormonal balanssızlığa və yumurtalıqların düzgün fəaliyyət göstərməsinə maneə törədərək sonsuzluğa səbəb ola bilər.
- Uşaqlıqdaxili yapışmalar: Uşaqlıqdaxili yapışmalar uşaqlığın daxili qişasında “skar” toxumasının əmələ gəlməsi nəticəsində yaranır və embrionun uşaqlığa yapışmasının qarşısını alır.
- Hormonal balanssızlıqlar: Hormonal balanssızlıqlar yumurtlama (ovulyasiya) prosesinə təsir göstərə bilər və nəticə etibarilə qeyri-müntəzəm və ya əskik ovulyasiyaya, yaxud sonsuzluğa səbəb ola bilər.
- Yaş faktoru: Qadınlar yaşlandıqca onlarda doğum nisbəti azalmağa başlayır və bu azalma 35 yaşından sonra özünü büruzə verir. 40-lı yaşlarda nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur.
- Digər amillər: Əgər sonsuzluğun əsas səbəbini müəyyən etmək mümkün deyilsə, digər amillərin dəyərləndirilməsi lazımdır.
Yuxarıda sadalanan amillər qadınlarda sonsuzluğa səbəb ola bilər. Ona görə də sonsuzluq problemi dəyərləndirilərkən bu amillərin hər biri nəzərə alınmalıdır.
35 yaşdan yuxarı və 6 aydan çox sonsuzluq problemi olan qadınlarda ginekoloji müayinələr təxirə salınmamalıdır. Kişilərdə yaşın gələcəkdə övlad sahibi olmasına təsiri qadınlarda olduğu qədər kəskin deyil. Sonsuzluğun səbəbləri ümumiyyətlə kişilər və qadınlar arasında yarı-yarıya bölüşdürülür. Qalan xəstə qruplarında kişi və ya qadın partnyorlardan birindən qaynaqlanan faktorlar hər bir partnyor üçün 35%, hər iki şəxsdən qaynaqlanan amillər isə təxminən 20% təşkil edir.
Uşaqlıqdaxili vasitə (spiral, yaxud intrauterin cihaz) sonsuzluq yarada bilərmi?
Spiral əksər qadınlar üçün həm effektiv, həm də təhlükəsiz doğuşa nəzarət üsulu hesab olunur. Bir kontrasepsiya forması olaraq spirala üstünlük verən qadınların ən böyük narahatlıqlarından biri də onun uzunmüddətli istifadəsində sonsuzluğa səbəb ola biləcək bir faktor olub-olmamasıdır. Spiral istehsalına başlanıldığı ilk illərdə bu barədə kifayət qədər araşdırmanın olmaması səbəbindən qeyri-müəyyənliklər olsa da, son illərdə aparılan tədqiqatlar spiralların sonsuzluğa səbəb olmadığını qəti şəkildə sübut etmişdir.
Spiral sonsuzluğa səbəb olmur. Amma spiral genital orqanlarda infeksiya riskini artırır. Müalicə edilməzsə, sözügedən infeksiya uşaqlıq, yumurtalıqlar və uşaqlıq borusu da daxil olmaqla, yapışmalara səbəb ola bilər. Bu yapışmalar nəticəsində də sonsuzluq yarana bilər.
Eyni səbəblərə görə, bir kontraseptiv spiral, doğum etməmiş qadınlar üçün ilk seçim olaraq tövsiyə edilmir. Ancaq pasiyentin ciddi bir problemi yoxdursa, mütəmadi olaraq müayinələrə gedibsə və risklər barədə məlumatlandırılırsa, həkimi uyğun gördüyü təqdirdə doğum etməmiş qadınlarda spiral istifadəsi mümkün ola bilər. Lakin bu ilk seçim olmamalıdır.
Sonsuzluğun qarşısı necə alına bilər?
Övlad sahibi olmağın ən əsas addımı sağlam həyat tərzinin mənimsənilməsi hesab edilə bilər. Daha uzun, keyfiyyətli və sağlam həyat üçün müəyyən şərtlər əsasında bədən sağlamlığının qorunması reproduktiv sağlamlıq üçün də çox vacibdir. Sonsuzluğun qarşısını almaq üçün nəzərə alınmalı bəzi məqamlar var:
- Çəkiyə nəzarət və ideal çəki saxlamaq;
- Tütün məmulatlarından istifadə etməmək;
- Spirtli içkilərdən uzaq durmaq;
- Kişilərin yüksək temperatur və kimyəvi məhsullara məruz qalmaması;
- Stress faktorunun azaldılması
Qadınlarda sonsuzluğun müalicəsi necə aparılır?
Qadınlarda sonsuzluğun müalicəsi ümumiyyətlə həmin şəxsin yaşına, sonsuzluğun arxasında duran səbəblərə və nə qədər müddət ərzində sonsuzluq problemi yaşanılmasına görə təyin edilir. Müalicə prosesində insanın zərərli vərdişlərdən uzaq olması, sağlam çəkinin saxlaması və stressdən uzaq olması müalicəni dəstəkləyən amillərdəndir. Müalicənin əsası sonsuzluğa səbəb olan faktorun müəyyən edilməsi ilə qoyulur. Qadınlarda sonsuzluğun müalicəsində ən çox istifadə edilən üsullar bunlardır:
- Dərman müalicəsi: Hormonal disbalansı düzəltmək və ovulyasiyanı təmin etmək üçün dərman müalicəsi tətbiq edilir.
- Cərrahi müdaxilə: Uşaqlıq borularında tıxanma və ya başqa bir sağlamlıq problemi varsa, cərrahi müdaxilə tövsiyə oluna bilər.
- Mayalanma üsulu: Alınan spermanın birbaşa qadının uşaqlıq yoluna yerləşdirilməsini xarakterizə edən bir üsuldur.
- Süni Mayalanma üsulu ilə müalicəsi: Mayalanma yumurta və spermanın laboratoriya mühitində bir araya gətirilərək birləşdirilməsi və əldə edilən embrionun qadının uşaqlığına yerləşdirilməsi prosesidir.
Sonsuzluğun müalicəsi mürəkkəb bir prosesdir və nəzərəçarpacaq dərəcədə maliyyə, fiziki, psixoloji və müəyyən öhdəliklər tələb edə bilər