Haqqımızda

Dr. Emin Haqverdiyev

Uzman Ginekoloq Cərrah, Suni mayalanma Mütəxəssisi

Mən Emin Yusif oğlu Haqverdiyev 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi doğma şəhərimdə bitirdikdən sonra Ankara Gazi Üniversitesi Tibb fakültəsində bakalavr təhsilimi tamamlamışam. Davamında Ankara Yıldırım Beyazıt Üniversitesi’ndə ginekoloq-cərrah kimi uzmanlıq təhsilimi tamamlamışam.

2016-ci ildə Acıbadem Atakent xəstəxanasında “Süni mayalanma uğurunu artıran texnologiyalar” elmi çalışma qrupunun bir parçası olmuşam. 2017-2019-cu illərdə Bahçeşehir universitesi Tibb fakültəsində sonsuzluq xəstələri üzərində innovasiyalar sahəsində həkim-pedaqoq kimi fəaliyyət göstərmişəm. Eyni dövrdə VM Medical Park İzmit xəstəxanasında Süni Mayalanama şöbəsində ginekoloq-cərrah kimi fəaliyyət göstərmişəm.

2019-2021-ci illərdə doğma Bakımıza dəvət edildim və Reproduktiv Sağlamlıq Mərkəzində cərrah mama-ginekoloq və süni mayalanma mütəxəssisi olaraq fəaliyyət göstərdim. 2021-ci ildən təsisçisi olduğum Duru Qadın sağlamlığı mərkəzinin rəhbəri olaraq fəaliyyət göstərirəm.

Türkiye Jinekoloji ve Obstetrik Derneği, Minimal İnvaziv Jinekoloji Derneği, Üreme Tıbbı Cerrahisi Derneği ve Beynəlxalq ESHRE, ASRM dərnəklərinin üzvüyəm. Evliyəm, iki övlad atasıyam.

0

illik peşəkar təcrübə

Suni mayalanma ilə övlad həsrətinə son!

0 +

əməliyyat

0 +

Suni mayalanma

0 +

xoşbəxt ailə

Komandamız

Ginekoloq Cərrah, Suni mayalanma mütəxəssisi

Cərrah “Mama-ginekoloq”

Suni mayalanma kordinatoru

Əməliyyat kordinatoru