Aşılama nədir?

Aşılama dominant follikulların “parçalanması” zamanı laboratoriya şəraitində hazırlanmış spermatozoidlərin uşaqlıq boşluğuna daxil edilməsini nəzərdə tutan köməkçi reproduktiv texnologiyalar proqramıdır.

Aşılama keçərli uşaqlıq boruları ilə həyata keçirilir.

Aşılama təyin edilməsi üçün bu kimi göstərişlər ola bilər:

 Sonsuzluğun qadın formaları:

 – Ovulyasiyanın olmaması

 – Endometriozun yüngül formaları

 – Dərman müalicəsi ilə aradan qaldırıla bilməyən əlverişsiz servikal amil (uşaqlıq boynunun keçməməzliyi)

 Kişi sonsuzluğuna səbəb olan faktorlar:

 – sperma patologiyaları

 – psixogen və ya üzvi impotensiya

 – ağır hipospadias (kişilərdə penisin inkişafındakı anomaliya)

 – retrograd boşalma (bir sözlə, bu, sidik kisəsinin sfinkterinin pozulması səbəbindən sperma ifrazının pozulmasıdır)

 – dondurulmuş spermatozoidlərdən istifadəsi (sperma testis xərçənginin müalicəsi və ya vasektomiyadan əvvəl alınır)

Aşılama proseduru

Səbəbi bilinməyən sonsuzluq

Aşılama həm həyat yoldaşının sperması, həm də donorun sperması ilə həyata keçirilə bilər, əgər həyat yoldaşının spermasını əldə etmək mümkün deyilsə və ya onun suni mayalanma proqramlarında istifadəsi səmərəsizdir.

Müalicə seçimi edərkən unutmayın ki aşılamanın effektivliyi 20% qədər ola bilər. 

Üç uğursuz aşılama prosedurundan sonra suni mayalanma etmək tövsiyyə edilir. 

40 yaşdan yuxarı olan qadınlara birbaşa suni mayalanma etmək tövsiyyə edilir.